Smartfonlardan ötürülən radiasiya şüaları nə qədər TƏHLÜKƏLİDİR?

Baxış sayı: 
144
2  
0  

Həqiqətən smartfonlarda radiasiya var, ancaq təhlükəsi barədə konkret fikir yoxdur.
 
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kimyəvi Fizika Problemləri İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Svetlana Afanasyeva danışıb. Onun sözlərinə görə, smartfon da daxil olmaqla istənilən cihaz elektromaqnit şüası yayır. Yüksək dozada təsiri bədənin molekullarının daha sürətli işə salınmasına və istiləşməsinə səbəb olur. Bununla birlikdə ekspert bildirib ki, smartfondan gələn radiasiya o qədər kiçikdir ki, insan bədəninin hərarətini qaldıra bilməz.
 
Ancaq bəzi tədqiqatçılar telefondan ötürülən radiasiyanın beyin xərçəngi ehtimalını artıra biləcəyinə inanır. Bu mövzuda elm adamlarının fikirləri fərqlidir.
 
Mütəxəssisin fikrincə, Ümumdünya Səhiyyə Təşkilatının 2011-ci il üçün hesabatında radio tezliyi, o cümlədən mobil rabitə, elektromaqnit şüalanması 2B sinfinə aid edilib. “Yəni insanlar üçün kanserogen olan maddələrdir”, - deyə Afanasyeva izah edib. O əlavə edib ki, aloe vera və turşu tərkibli tərəvəzlər də bu kateqoriyaya daxildir. Hər halda təsirini minimuna endirmək üçün telefonu uzun müddət qulaqda saxlamamağı tövsiyə edib.
 
Yanvar ayında ABŞ-ın Yale Universitetinin alimləri xərçəngin yaranmasını mobil telefonlardan gələn radiasiya ilə əlaqələndirmişdi. Mütəxəssislər 900-ə yaxın şəxsi müayinə etdikdən sonra müəyyən edib ki, nukleotid polimorfizmi olan xəstələrdə smartfonların aktiv istifadəsi tiroid xərçəngi riskini iki qat artırır.
 
Aytən Məftun

Загрузка...
Загрузка...