​“ƏSL “PAKAZUXALIQ” ELƏ BUDUR!...” – Eldar Namazovdan Ramiz Mehdiyevə şok ittihamlar (VİDEO)

Baxış sayı: 
81
3  
0  

 
Mərhum prezident Heydər Əliyevin keçmiş köməkçisi, politoloq Eldar Namazov Azərbaycanda populyar olan Youtube platformasında kanal açıb.
 
“AzPolitika.info” xəbər verir ki, o, "EN TV" (açması - Eldar Namazovun Televiziyası-red.) adlandırdığı internet televiziyasında gündəmdə olan mövzularla bağlı fikirlərini paylaşır.
 
Politoloq sonuncu şərhini Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin tənqidinə həsr edib.
 
 
 
E.Namazov baş akademikin bir müddət əvvəl AMEA Texnologiyalar Parkının fəaliyyətini tənqid edərkən işlətdiyi "pakazuxa" ifadəsinin üzərində dayanıb və onu R.Mehdiyevin özünə aid etmək üçün avtobioqrafiyasına göz gəzdirib.
 
Belə ki, R.Mehdiyevin AMEA-nın internet səhifəsində yerləşdirdiyi tərcümeyi-halından bəzi ştrixləri qabardaraq onu "saxtakar" adlandırıb: "Qeyd olunur ki, Ramiz Mehdiyev 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Bunun nə təşkilat olduğu mənə əvvəldən məlum idi. Hələ prezidentin köməkçisi işləyəndə həmin təşkilatdan qısa bir məktub aldım. Yazılmışdı ki, akademik olmaq istəyirsinizsə, 100 dollara yaxın vəsait ödəməlisiz. Əgər sənədi bir illik almaq istəyirsənsə, bir qiymətə, 3 illik almaq istəyirsənsə, başqa bir qiymətə olacaq. Mən soruşdum ki, bunlar diplom alveri ilə məşğul olurlar? O zaman Türkmənistan hökuməti prezident Saparmurad Niyazovun bu akademiyaya üzv seçilməsi ilə bağlı bəyanat yayıb, bunun böyük elmi nailiyyət olduğunu bəyan etmişdi..."
 
Eldar Namazovun R. Mehdiyevlə bağlı daha nələr deyib? Onunla daha geniş bu videoda tanış olmaq olar:

Загрузка...
Загрузка...