Şəkidə Xan Çinar qırıldı: ölənlər var - Foto/Video

Baxış sayı: 
74
1  
0  

 
Şəkidə Xan Sarayının qarşısında yerləşən Xan Çinarın budaqları qırılıb və ərazidə olan turistlərin üzərinə düşüb.
 
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
 
Hadisə yerinə gələn təcili yardım maşınlarının görüntüsünü paylaşanlar isə olay nəticəsində yaralıların, hətta ölənlərin olduğunu iddia edib.
 
Məlumata görə, yaralılar təcili tibbi yardım və polis maşınları ilə xəstəxanaya aparılır.
 
***
 
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Axar.az-a bildirib ki, baş vermiş hadisə ilə bağlı hazırda araşdırma aparılır:
 
“Turizm agentliyinin sədri və bir qrup əməkdaşı Şəkiyə yollanıblar. Hadisə nəticəsində təxminən 18 nəfərin yaralandığı barədə məlumat var. Say dəqiqləşdirilir. Ölənlər barədə isə heç bir dəqiq informasiyamız yoxdur. İctimaiyyətə geniş açıqlama veriləcək”.

 
Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə isə baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib.
 
Onlardan ikisi xəstəxanaya yerləşdirilib. 17 nəfərdən bəzilərinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir. Paytaxtdan yüksək ixtisaslı mütəxəsislər Şəkiyə çağırılıb.

Загрузка...
Загрузка...