Şəkidə qəssablar tətil etdi

Baxış sayı: 
106
0  
0  

İki gündür ki, Şəkinin mərkəzi bazarında (Bakıdan 400 km şimal-qərbdə) qəssablar tətil edir.

Səbəb bazar rəhbərliyinin mal-qaranın mütləq xüsusi olaraq ayrılmış yerdə kəsilməsi ilə bağlı yeni qayda tətbiq etməsidir. Bu zaman hər kəsilən heyvan üçün sahibindən 4 manat tələb edirlər.

Qəssablar hesab edirlər ki, ətin qiymətinin bahalaşması tələbatın azalmasına gətirib çıxara bilər və ziyana dönər. İndiyədək bazarda qoyun ətinin bir kiloqramını 7-10 manata, mal ətini 10 manata almaq olurdu.

Yerli sakinlər tətilin ət çatışmazlığına və ətin bahalaşmasına səbəb olacağından ehtiyatlanırlar. Şəhər əhalisi əti əsasən bazardan alır, burada hər gün təxminən 30-40 satış nöqtəsi fəaliyyət göstərir.

Qeyd edək ki, mal-qara kəsimi qaydaları Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi tələblərinə və sanitariya-gigiyena normalarına cavab verməyən qanunsuz mal-qara kəsimi məntəqələrinin fəaliyyətinin qarşısını almaq məqsədilə keçirdiyi reydlərdən sonra sərtləşib.

Загрузка...
Загрузка...