Şəkidə 23 yaşlı gəlin qonaq getdiyi evdən qaçdı - MÜƏMMALI DETALLAR

Baxış sayı: 
169
0  
0  

Ötən gün Şəki rayonu Baş Zəyzid kəndində 23 yaşlı gəlin gecə saatlarında həyat yoldaşı ilə qonaq getdiyi evdən qaçıb.
Şəki rayon Baş Zəyzid kənd icra nümayəndəliyindən Publika.az-a verilən məlumata görə, 23 yaşlı Aygün Mustafayeva ailəsi ilə birlikdə Bakıda yaşayıb: "Hadisə haqqında geniş məlumatımız yoxdur. Çünki nə Aygün Mustafayeva, nə də həyat yoldaşı, 29 yaşlı Pərviz Abdullayev bizim kənd sakinləri olmayıblar. Onlar Bakı şəhərində yaşayırdılar. Oğlanın əmisi bizim kəndin sakinidir. Pərviz Abdullayev axşam ailəsi ilə birlikdə əmisini ziyarət etməyə gedib. Saat gec olduğundan əmisigildə qalmalı olublar. Eşitdiyimizə görə, gecə hamı yatdıqdan sonra gəlin pal-paltarın götürüb evdən çıxıb. Heç kim bilmir kiminlə gedib, hara gedib. Onların rəsmi nikahları olmayıb. Özlərini də tanımırdıq. Deyə bilmərik hansı səbəbdən gedib".
Nümayəndəliyin məlumatına görə, Pərviz Abdullayevin atası deyib ki, övladları olmadığı üçün Aygün nikaha razı olmayıb: "Pərviz Abdullayev 6 ildir o xanımla evli olub. Rəsmi nikahı isə Aygün Mustafayeva özü istəməyib. Hadisə ilə bağlı Şəki rayon Polis Şöbəsinə müraciət olunub. Axtarışlar aparılır".
Könül Cəfərli

Загрузка...
Загрузка...