​Siyavuş Novruzov daha bir vəzifəsini itirdi

Baxış sayı: 
58
2  
0  

 
 
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasında (YAP) daha bir vəzifəsini itirib.
 
Medianews.az xəbər verir ki, bu barədə “Report”a partiyadakı mənbədən məlumat verilib.
Bildirilib ki, yaxın günlərədək S.Novruzov partiyanın Təşkilat şöbəsinin müdiri olub: “O, vəzifəsindən azad edilib, həmin vəzifəyə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov təyin olunub”.
 
Qeyd edək ki, avqustun 25-də Siyavuş Novruzov partiyanın İcra katibinin müavini postundan da azad edilmişdi.

Загрузка...
Загрузка...