Şirvanda yol qəzası - Xəsarət alan var

Baxış sayı: 
56
1  
0  

Şirvanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
 
“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
 
Belə ki, “Hundai” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toquşması nəticəsində Şirvan şəhər sakini, 1963-cü il təvəllüdlü Əliyev Şahin Zakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...