​Sinif yoldaşı ilə xəyanət edən arvadını qəbiristanlığa aparıb... – Təfərrüat

Baxış sayı: 
230
2  
0  

 
Bakıda arvadını qısqanclıq zəminində bıçaqlamaqda ittiham olunan 1982-ci il təvəllüdlü Ziyad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com-un xəbərinə görə, hadisə bu il fevralın 25-də, saat 14 radələrində Bakıxanov qəsəbəsi ərazisindəki qəbiristanlıqda baş verib.
 
Orada Ziyad Ələsgərov arvadı Kristina Ələsgərovanın ona xəyanət etməsini əsas gətirib, qısqanclıq niyyəti ilə üzərində olan bıçaqla bir neçə zərbə vurub.
 
Ziyad Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ziyad Ələsgərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Kristina ilə 2002-ci ildə ailə həyatı qurub, birgə nikahdan 5 övladları var: “Kristina ilə münasibətlərimiz əvvəllər normal olub. 2017-ci ildən aramızda qısqanclıq üstündə mübahisələr başlayıb. Həmin ərəfədə mənə məlum olub ki, Anar Ağayev adlı şəxslə mənə xəyanət edib. 2017-ci ildə Kristinanın telefonunda yazışmaları tutdum və bu barədə Kristinadan soruşanda Anarla elə-belə yazışdığını dedi. Kristinaya inanmasam da, 5 uşağımızın xətrinə səbir elədim, ailəmi dağıtmadım. Sonralar da qısqanclıq üstündə mübahisələrim oldu”.
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən təxminən iki ay əvvəl qısqanclıqla bağlı mübahisələri daha da dərinləşib: “Hadisə günü Kristina ilə səhər saatlarında evdə yenidən mübahisəmiz oldu. Yenə mənə xəyanət etdiyini bonuna almadı. Saat 13 radələrində Kiristinya dedim ki, əgər boynuna almırsan, gedək söhbət edək. Biz həmin vaxt evdən çıxdıq, gəzişə-gəzişə Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlığa tərəf getdik. Saat 14 radələrində qəbiristanlığa daxil olduq. Qəbirlərin birinin ətraf hasarından içəri daxil olduq və söhbət etməyə başladıq.
 
Evdən çıxarkən Kristinanı cəzalandırmaq üçün qatlanan bıçağı götürmüşdüm. Kristinaya dedim ki, mən hər şeyi bilirəm, xəyanət etdiyini özün etiraf elə.
 
Bu zaman Kristina “hə, anamgildə olanda evdən gedib Anarla görüşdüm və sənə xəyanət etdim”, - deyə bildirdi. Əsəbiləşərək özümü saxlaya bilmədim. Cibimdəki qatlanan bıçaqla bir dəfə çənəsinin altından, 2 dəfə sinəsindən, çiyin nahiyəsindən zərbə endirdim”.
 
Ziyad Ələsgərov qeyd edib ki, sonra hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və 103 təcili tibbi yardıma zəng vurub: “Təcili yardım 15 dəqiqəyə gəldi. Kristinanı təcili yardıma təhvil verdikdən sonra çıxıb getdim, bir neçə gün sonra polis əməkdaşları məni yaxaladılar”.
 
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Kristina Ələsgərova bildirib ki, hazırda göstərilən ünvanda qayınanası Bibixanım Ələsərova və 5 uşağı ilə birlikdə yaşayır: “Ailəli olduğumuz müddət ərzində müxtəlif ünvanlarda kirayə qalmışıq. Əvvəllər ailədə heç bir mübahisə olmasa da, son 2-3 ildə bir-birimizi qısqandığımız üçün müxtəlif vaxtlarda mübahisə eləmişik.
 
Hadisə baş verən günü günorta vaxtı evdə Ziyadla aramızda mübahisə baş verdi. Ziyad məndən tələb etdi ki, ona xəyanət etməyimi deyim, mən də heç bir xəyanətim olmadığını dedim.
 
Saat təxminən 13 radələrində Ziyad dedi ki, etiraf etmirsənsə, gəl gedək, mən sənə xəyanət etməyini sübut edəcəm. Ziyadla birlikdə evdən çıxdım.
 
Birlikdə Sabunçudan Bakıxanov qəsəbəsi istiqamətdə piyada getməyə başladıq. Ziyad qabaqda getdi, mən isə Ziyadın ardınca. Biri-birimiz ilə heç bir söhbət etmədik”.
 
Kristina Ələsgərova qeyd edib ki, təxminən saat 14 radələrində qəbiristanlığa çatanda Ziyad dayanıb: “Ziyad qəbirlərin birinin hasarı daxilində yenidən mənə dedi ki, bilirəm xəyanət etmisən, etiraf et. Ziyadın hər şeydən xəbərdar olduğunu bildim, qorxduğum üçün etiraf etdim. Dedim ki, bəli, xəyanət etmişəm, bir dəfə Anar adlı şəxslə görüşmüşəm.
 
Bunu deyən kimi Ziyad hirsləndi və bıçaqla çənəmə 1 dəfə və sol sinə nahiyəmə 2 dəfə bıçaqla vurdu. Sinəmdən qan gəldiyi üçün məni yerə uzatdı. Sonra təcili tibbi yardıma zəng vuraraq çağırdı. 15 dəqiqə sonra təcili yardım gəldi və məni 3 saylı Şəhər Kliniki Xəstəxanaya apardı. Orada əməliyyat olundum”.
 
Zərərçəkmiş şəxsin sözlərinə görə, Anar adlı şəxs əslində onun sinif yoldaşı olub: “Anarla “Odnoklassniki” saytı ilə əlaqə saxlamışam, görüşmüşəm. Ondan sonra görüşməmişəm və Anar barədə başqa məlumatım olmayıb. Hazırda tam olaraq sağalmışam. Ziyadı bağışlamışam, ondan şikayətim yoxdur”.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ziyad Ələsgərov 2 il 6 ay 9 gün müddətinə azadlıqdan məhrum edilib.
 

Загрузка...
Загрузка...