“Sinə əməliyyatı etdirməmişəm, hər bir əzam özümündür” – Mina Hüseyn (VİDEO)

Baxış sayı: 
139
1  
0  

“Səhnədə soyunmağı sevsəm də, adi həyatda çox utancaq biriyəm”.
“Minval.info” xəbər verir ki, bu sözləri müğənni Mina öz müsahibəsində deyib. Son zamanlar açıq-saçıq geyimləri ilə tez-tez gündəmə gələn ifaçı maraqlı açıqlamalar verib.
 
“Dünya ulduzları Cenifer Lopez, Beyonsun geyimləri də hər zaman tənqid edilir. Lakin onları bütün dünya sevir. Mən də onların səhnə performanslarını çox bəyəndiyim üçün özümü onlara oxşatmaq istəyirəm. Mənim bu açıq-saçıq obrazım səhnə üçündür, ancaq adi həyatda mən də bağlı geyinib, “kepka” taxıram”,- deyə o, bildirib.
 
Bundan başqa o, açıq-saçıq fotosessiya etdirdiyi həmkarlarından da söz açıb. İfaçı heç kəsi özünə rəqib görmədiyini deyib.
 
“Mən heç kəslə bəhsə girməmişəm ki, kimisə də özümə
 
rəqib görüm. Hərəmizin öz yolu və ifa tərzi var. Ona görə özümə heç kəsi rəqib görmürəm”.
 
Mina ona təhqiredici şərhlər yazanlara da ismarıc yollayıb.
 
“Əgər o insanlar əxlaqı geyimlə ölçürlərsə, elə onların özləri əxlaqsızdırlar. Bu izləyicilər özləri bizi gündəmə gətirirlər”.
 
O, sinə əməliyyatı etdirdiyi barədə yayılan şayiələrə də aydınlıq gətirib:
 
“Heç bir sinə əməliyyat etdirməmişəm. Bütün əzalarım özümündür”, -deyə o, vurğulayıb.

Загрузка...
Загрузка...