​Şimali Koreyadan ŞOK QƏRAR – Trampla görüş ləğv edilir

Baxış sayı: 
123

Pxenyan Vaşinqtonu ABŞ-Koreya Xalq Demokratik Respublikası sammitini ləğv etməklə hədələyib.
Publika.az xəbər verir ki, bu haqda “Yenxap” agentliyi bildirib.
Agentliyin məlumatına görə, buna səbəb Seul və Vaşinqtonun birgə hərbi təlimləridir. Həmçinin bildirilir ki, Pxenyan mayın 16-da Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan yüksək səviyyədə danışıqları ləğv edir.
Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp KXDR-in lideri Kim Çen Inla görüşünün tarixi və yerini açıqlamışdı.
“Mənim Kim Çen Inla çoxdan gözlənilən görüşüm iyunun 12-də Sinqapurda olacaq”, - Tramp tvitter səhifəsində yazmışdı.
Ömər

Загрузка...
Загрузка...