Şimali Koreya ilə ABŞ arasındakı görüşlər LƏĞV EDİLDİ

Baxış sayı: 
44
1  
0  

Turaninfo.org xəbər verir ki, Şimali Koreya rəhbərliyi ABŞ xarici işlər naziri Mayk Pompeo ilə şimali koreyalı həmkarının bu həftə keçirilməsi planlaşdırılan görüşünün baş tutmayacağını bildirib. Görüşdə Şimali Koreyanın nüvə silahlarından təmizlənməsi məsələsinin müzakirə edilməsi gözlənilirdi.

Bundan əvvəl isə Tramp Şimali Koreya ilə danışıqlara tələsmədiyini, Pompeo ilə Şimali Koreyanın Mərkəzi Komitəsinin başçısı Kim Yonq Çolun bu gün keçirilməsi nəzərdə tutulmuş görüşünün təxirə salına biləcəyini bəyan eləmişdi. ABŞ XİN-in mətbuat katibi Robert Palladino isə təxir məsələsinin zaman bölgüsü problemi nəticəsində meydana çıxdığını söyləyib.

D.Tramp ilə Kim Çen iyunun 12-də Sinqapurda görüşmüş, Şimali Koreyanın nüvə silahından təmizlənməsi məsələsində razılıq əldə eləmişdilər.

Hurriyyet.org

Загрузка...
Загрузка...