Səidə Sultan coşdu: “Gücləri şou əhlinə çatır, qeyrətə gəlirlər”

Baxış sayı: 
85
1  
0  

“İndiki toplumun gücü zəifə çatır. Güclünü görəndə söz deyə bilmirlər, qorxub qaçırlar. Dillərini ancaq zəifə, şou əhlinə uzada bilirlər. Gücləri şou əhlinə çatır, qeyrətə gəlirlər. Hər kəsin qeyrəti onun özünündür!”
 
Publika.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan instaqramda yazıb. İfaçı hər məsələdə müğənnilərin günahlandırılmasına etiraz səsini qaldırıb:
 
“Bir yaxınımın sözü idi. “Hamımızın bir qeyrəti var, o da “Qarabağdır”. O qeyrətimiz də düşmən əllərindədir. Yoxsa ölkədə bir problem yaranan kimi müğənniləri günahlandırırlar. Kasıbın haqqı əziləndə də müğənnilərin adı çəkilir. Torpaqlar düşmən əlindədir, o da müğənnilərin günahıdır? Pedofilizm yaranıb, o da müğənnilər... Görürəm, bu ölkənin tək gücü çatacağı, söz deyəcəyi yer müğənnilərdir. Gücünüz elə bizə çatır. Düz söz olanda da heç kəsə sərf eləmir. Ay Allah özün bizi qoru”.

Загрузка...
Загрузка...