Şəhərlərarası avtobus və taksilərdə qaydalar dəyişir - Bu sərnişinləri avtobusdan düşürdəcəklər

Baxış sayı: 
93
2  
0  

 
Bu gündən şəhərlərarası sərnişin daşınmada bəzi dəyişikliklər ediləcək.
 
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova BAKU.WS-ə açıqlamasında bildirib.
Qurum rəsmisi vurğulayıb ki, bundan sonra taksilərlə şəhərlərarası sərnişin daşıyan sürücülər müəyyən tələblərə əməl etməlidir.
 
“Əgər indiyə qədər taksilərlə şəhərlərarası sərnişin daşınması təkcə fərqlənmə nişanı alınması ilə tənzimlənirdisə, artıq bu gündən etibarən fərqlənmə nişanı ilə bərabər avtonəqliyyat vasitəsinin daxilində şəffaf arakəsmələr olmalıdır.
 
Bundan başqa avtomobilin üzərində taksi minik maşınını göstərən fərqləndirmə nişanı olmalıdır. Qeyri taksilər isə təkcə fərqlənmə nişanı ilə şəhərlərarası xidmətə imkan verilməyəcək. Postlarda ciddi şəkildə yoxlanma aparılacaq”, – deyə Nuridə Allahyarova bildirib.
 
Qurum rəsmisi əlavə edib ki, şəhərlərarası sərnişin daşıma iyun ayının 15-dən sonra bərpa olunarsa, bu halda avtobuslar yeni qaydalarla fəaliyyət göstərəcəklər:
 
“Qaydalara əsasən vaxt baxımından daha uzaq yol qət edən nəqliyyat vasitələrinin salonu bütün sərnişinlər tərəfindən doldurulmayacaq və həmin avtobuslara məhdud sayda bilet satılacaq. Tibbi maska və əlcəklərdən istifadə zəruri olunacaq”.
 
N.Allahyarova qeyd edib ki, bileti olsa da belə, sərnişin bu qaydalara əməl etməsə avtobusa buraxılmayacaq. Bundan başqa, uzaq məsafə qət edən sürücülərin iş və istirahət vaxtına nəzarət olunacaq.
 
“Pandemiya dövründən qabaq bəzi sürücülər mənzil başına tez çatmaq üçün sərnişinlərlə razılığa gəlib, nəqliyyat vasitəsini istirahət yerlərində saxlamadan, istirahət etmədən yollarına davam edirdilər.
 
Lakin bundan sonra avtobuslar istirahət yerlərində məcburi dayandırılacaq. Sərnişinlər avtobusu tərk edəcək və maşın dezinfeksiya ediləcək. Bundan sonra onlar yollarına davam edəcəklər”, – deyə N.Allahyarova əlavə edib.

Загрузка...
Загрузка...