SƏHİYYƏ XƏRCLƏRİ İQTİSADİYYATIN KƏRPİCLƏRİN NECƏ SÖKÜR?-Məhəmməd Talıblı

Məyusedici hesabatlarda öncüllük sanki boyumuza biçilib. Bu yaxınlarda açıqlanan beynəlxalq hesabatda Azərbaycan dünyada səhiyyə xərcləri ən aşağı olan 10 ölkə sırasında yer alıb.
Yeri düşmüşkən, Azərbaycan 2018-ci il dövlət büdcəsi xərclərinin cəmi 1.3 faizi həkimlərə ayıracaq. Bir ölkənin ki, dövlət büdcəsindən ayrılan səhiyyə xərcləri beynəlxalq normalardan 3 dəfə geri qalırsa, o zaman hansı ilkin səhiyyə xidmətlərinə çıxış imkanlarından, Gözlənilən Orta Ömür müddətindən (BMT-nin Insan Inkişafı Indeksi) danışmaq olar? Bir ölkədə ki, hələ də icbari tibbi sığortanın (pilot layihə istisna olmaqla) tətbiqi hələ də baş tutmayıbsa, o zaman ən yaxşı halda o, insanların müalicəsinə yardım olunacaq ki, həmin şəxsə ölkə rəhbərliyi tərəfindən isti münasibət var. Siz gərək üzü yola sənət adamı, məddah şair, yazıçı olasan ki, sənin Israildə müalicənə pul ayrılsın. Iran, Türkiyə, Izrail səhiyyəsinə axıdılan böyük pullar, həm də milli valyutanı təhdid edən amillərdir. Əslində iqtisadiyyatda böhranları təkcə nəhəng təlatümlər doğurmur. Kiçik zəlzələlər, pis idarəetmə və çoxvektorlu tənəzzül elementləri bu çökülən iqtisadi binanın kərpicləridir.

Kərpicləri sökməyin!

Söhbətin sonu

 

Загрузка...
Загрузка...