Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ: Evdən çıxmayın, TƏHLÜKƏLİDİR

Baxış sayı: 
51
2  
1  

İranın Səhiyyə Nazirliyi Tehran şəhərində bütün əhaliyə uzun müddətə və ağır fəaliyyətlər üçün mənzildən çıxmamaları haqda xəbərdarlıq edib.
 
Bunu İranın Səhiyyə Nazirliyinin Ətraf Mühit Sağlamlığı və Əmək Mərkəzinin hava təmizliyi və iqlim dəyişikliyi qrupunun sədri doktor Abbas Şahsevəni deyib.
 
A.Şahsevəninin sözlərinə görə, ürək-damar xəstələri, uşaqlar, yaşlılar və hamilə qadınlara mənzildən çıxmamaq məsləhət görülür.
 
Ötən sutka ərzində Tehran şəhərində havanın keyfiyyət indeksi ilə orta hesabla çirklilik 157 mikrondur.
 
Nazirlik rəsmisi bildirib ki, şəhər sakinləri açıq havada idmanla məşğul olmağı minimuma endirməli və ya qapalı məkanlarda idmanla məşğul olmalıdırlar. Mənzildən kənarda işləməyə məcbur olan şəxslər xüsusi maskalardan istifadə etməlidirlər.
 
A.Şahsevəni şəhər meriyasını hava çirkliliyin azaldılması istiqamətində dərhal addım atmasını istəyib.
 
Tehranda hava çirkliliyinin sabaha qədər davam edəcəyi proqnoz olunur. (trend)

Загрузка...
Загрузка...