Şəhidimiz izdihamla dəfn edildi - FOTOLAR

Baxış sayı: 
74
0  
0  
Şəhid əsgər Qəbələdə dəfn edilib.
 
Turaninfo.org istinadən bildirir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu dəfn edilib. Şəhid 1999-cu il təvəllüdlü S.Alışov doğulduğu Qəbələ rayonunun Zirik kənd qəbirstanlığında torpağa tapşırılıb.
 
Şəhidin dəfnində ailə üzvləri , Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
 
Qeyd edək ki, şəhidin 1 qardaşı və 1 bacısı var.
 
Allah rəhmət eləsin!
Загрузка...
Загрузка...