Səfər Mehdiyevin işdən çıxardığı rəis nazirin əmisi oğludur? – Açıqlama

Baxış sayı: 
96
1  
0  

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin işdən çıxardığı “Qırmızı körpü” gömrük postunun rəisinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yaxın qohumu olduğu barədə məlumatlar yayılıb.
 
Bu barədə yazan Unikal.org bildirir ki, gömrük postunun sabiq rəisi Rəşad Babayev S. Babayevin əmisi oğludur.
 
Dövlət Gömrük Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu Rəşad Babayevin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
 
Minval.info-ya komitədən daxil olan məlumatda qeyd edilir ki, Rəşad Babayev ümumiyyətlə, “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsində çalışmayıb, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib: “Bir müddət sonra isə rotasiya qaydalarına uyğun olaraq Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da həmin vəzifəni icra edir”.
 
Qeyd edək ki, R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Və bununla bağlı vəziyyət araşdırılıb və post rəisi işdən azad olunub.

Загрузка...
Загрузка...