Səfir koronavirusdan ölən diplomatdan yazdı - "Evlərimiz səngərə çevrilib"

Baxış sayı: 
84
1  
0  

"Koronavirusla üz-üzə, sanki hamı müharibədə, həm də ön cəbhədədir. Atəşin nə zaman, haradan, hansı çaplı silahdan açılacağını bilmirsən".
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev özünün Feysbuk hesabında yazıb.
Dünya əhalisinin koronavirusla mübarizə apardığına diqqət çəkən diplomat qeyd edib ki, hazırda evlərimiz səngərə çevrilib: “Əsl müharibədən fərqli olaraq adi səngərlər də var, VİP səngərlər də. Olsun! Hamı yaşamaq istəyir. Həyat yaşamaq uğrunda mübarizə aparmağı bacaranların nəsibidir”.
Diplomat əlavə edib ki, kədərli gündür: “Koronavirus Budapeştdəki diplomatik korpusdan ilk qurbanını apardı. Böyük Britaniya səfirliyinin müşaviri (səfirin müavini) Steven Dick 37 yaşında COVİD-19 diaqnozu ilə həyatını itirdi. Adam diplomat kimi çalışdığı Əfqanıstanda, Suriyada ucuz ölümdən qurtarıb bir ay əvvələ qədər "Dolçe vita”nın məskəni sayılan Budapeştdə əcələ can verdi”.

Загрузка...
Загрузка...