Səfir: "Azərbaycan FETÖ terror təşkilatı ilə mübarizədə dəstəyini əsirgəmədi"

Baxış sayı: 
31
1  
0  

 
"Türkiyədə 2016-cı ilin iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı millət iradəsini ortaya qoydu. Dövləti bölüb parçalamağa çalışan xainlər buna nail ola bilmədilər".
 
"Report" xəbərinə görə, bunu Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 3-cü ildönümünə həsr edilən "Demokratiya zəfəri" adlı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
 
"Həmin hadisədə şəhid olanları hörmətlə anırıq. Azərbaycan xalqı, hökuməti 15 iyul hadisələrində Türkiyəyə dəstək verdi. Azərbaycan FETÖ terror təşkilatı ilə mübarizədə də dəstəyini əsirgəmədi. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm", - diplomat əlavə edib.
 
Səfir bildirib ki, kimsə türk millətinin iradəsinə qarşı çıxa bilməz: "Türk milləti olaraq birlikdə güclüyük. Dini, siyasi dünyagörüşü fərqli olmasına baxmayaraq, hər kəs birlikdə olmalıdır. O zaman daha güclü, qüdrətli olacağıq".

Загрузка...
Загрузка...