Şeyxin müavini məktəblərdə dini dərslərin keçirilməsini vacib SAYIR: “Yoxsa İŞİD-ə qoşulacaqlar”

Baxış sayı: 
58
1  
0  

“Orta məktəblərdə dini dərslər tədris olunmasa, gələcəkdə İŞİD-ə qoşulanlar çox olacaq”

Turaninfo.org Modern.az-a istinadən xəbər verir ki, bunu "Mənəvi dəyərlərin təbliğində dini təhsil amili" adlı konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib. O qeyd edib ki, mütləq şəkildə orta ümumi təhsil müəssisələrində din tədris olunmalıdır:

“Elə bir zaman gələcək ki, peşman olacaqsınız. Görəcəksiniz ki, nə qədər gənc İŞİD kimi təşkilatlara qoşulacaq. Onların beyni elə orta məktəb dövründən zəhərlənməyə başlayır.

Yalnız sağlam dini təhsili olmayanlar düşmənə tərəf ola bilərlər. Əgər dini biliklər tədris olunarsa, uşaqlar düzgün tərbiyə ediləcəklər. Məktəblərdə fizika, riyaziyyat kimi dəqiq elmlər də tədris olunur. Mən də şagirdlərə, yalnız İslamın öyrədilməsinin tərəfdarı deyiləm”.

 

Загрузка...
Загрузка...