​Seyran Səxavətdən oxucularına üzücü xəbər

 
 
 
Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biri, əsərlərinin əsas qayəsini insan, sevgi, vətən kimi bəşəri mövzular olan yazıçı Seyran Səxavətin səhhətində bir müddət öncə problem yaranıb.
 
Moderator.az Seyran Səxavətlə əlaqə saxlayaraq hazırkı durumu ilə bağlı məlumat öyrənməyə çalışıb.
 
Səs tellərində yaranmış problemdən dolayı danışmaqda çətinlik çəkən yazıçı uzun müddətli müalicə kursu keçməli olduğunu deyib.
 
Səhhətində yaranmış problemə baxmayaraq həyata çox nikbin baxan Seyran Səxavət zarafatından da qalmayıb:
 
"Hələ 30 gün də müalicə almalıyam. Yəqin ki, göz dəyib. İnşaallah hər şey yaşxı olacaq".
 
Moderator.az kollektivi olaraq dəyərli ziyalımız Seyran Səxavətə Allahdan şəfa diləyirik. Ümid edirik ki, tez zamanda tam sağlamlığına qovuşacaq və yeni yaradıcılıq nümunələri ilə oxucularını sevindirəcək.
 
 
Rumiyyə

Загрузка...
Загрузка...