​Sevgilisini parka çağırdı və... - DƏHŞƏTLİ CİNAYƏT

Baxış sayı: 
175

Keçmiş sevgilisini parka çağıran oğlan odlu silahdan atəş açaraq onu öldürüb.
Publika.az xəbər verir ki, hadisə Türkiyənin Karaman şəhərində yaşanıb.
Axşam saatlarında D.T adlı şəxs keçmiş sevgilisi Ceyda Aycanı danışmaq üçün parka çağırıb. C.Aycan görüşə rəfiqəsi ilə birlikdə gedib.
Onlar bir müddət danışandan sonra mübahisə etməyə başlayıblar. Mübahisə zamanı qəfildən D.T üzərindəki silahı çıxararaq keçmiş sevgilisinə üç dəfə atəş açıb. Güllələrdən biri C.Aycanın belinə dəyib. Rəfiqəsi qışqıraraq insanları köməyə çağırıb. C.Aycan xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra D.T hadisə yerindən qaçıb. Hadisə ilə bağlı cinayət işi açılıb, oğlanın axtarışları davam etdirilir.

Загрузка...
Загрузка...