​Sevgilisindən danışan meyxanaçı Samirədən ŞOK SÖZLƏR: “Ürəyim nə istəyir edirəm” - VİDEO

Baxış sayı: 
40
2  
0  

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi meyxanaçı Samirə Yusifqızı olub.
 
Publika.az xəbər verir ki, əməliyyat olunan xanım meyxanaçı sevdiyi şəxsə görə estetik əməliyyat etdiyini etiraf edib:
 
“Bu əməliyyat birincidir, sonuncu deyil. Daha 3 əməliyyat olacaq. Azərbaycan şou-biznesinə tamam fərqli bir obrazla gələcəm. Heç kim məni tanımayacaq. Məni istəməyənlərin acığına daha da gözəl olacağam. Həyatımdakı insan məcbur etdi ki, onun yanında yaxşı görünüm. Məcburam. Qoy, gözü kənara baxmasın. Bütün gözəllikləri məndə görsün. Əməliyyat olunduğumdan xəbəri var, amma icazə almamışam. Özüm-özümün ağasıyam. Mənə o vaxt söz deyə bilər ki, məni nəsə ilə təmin etsin. Ürəyim nə istəyir, edirəm. Ona xoş deyil, yaxşı yol. İnciyir incisin, gözüm aydım. Sonra özü gəlib barışacaq. Heç ona ehtiyacım da yoxdur. Bundan sonra başqa cür həyat yaşayacağam. İnsanlara qarşı sərt olacağam. Heç kəsi yaxın buraxmayacağam. Qurtardı”.

Загрузка...
Загрузка...