Sevdiyi oğlana puldan buket düzəltdirdi

Baxış sayı: 
122
0  
0  

 
 
Taylanddan olan tələbə qız sevdiyi oğlana hədiyyə qismində pullardan hazırlanan buket hədiyyə edib. Bu haqda lenta.ru saytı “Daily Mail”ə istinadən xəbər verib. Qız bir neçə dəfə oğlandan ad gününə nə almasını soruşub. “O da hər dəfə mənə deyirdi ki, nəsə kişi üçün bir şey al. Mən də bunun nə demək olduğunu bilmirəm. Çünki kişiyana bir şey almaq geniş anlayışdır. Ona görə də həmin vaxt mənim ağlıma bu ideya gəldi”.
 
Tələbə qız bankdan 100 min bat (təxminən 5 min manat) pulu kiçik kupyuralar şəklində alıb və onları gül mağazasına apararaq, buket hazırladıb. Daha sonra sevdiyi oğlanı restorana apararaq, ona bu qeyri-adi hədiyyəni verib.
 
“Bütün bunlar onun üçün böyük sürpriz idi” – bunu deyən tələbə qızın sözlərinə görə, sevgilisi ona bahalı hədiyyəyə ehtiyacı olmadığını demişdi: “Təbii ki, bu, onun alicənablığından irəli gəlirdi. Amma mən ona göstərmək istəyirdim ki, necə qeyri-adi biridir”.
 
Tələbə qız eyni zamanda deyib ki, buket təkcə sevdiyi oğlanı yox, onunla eyni restoranda olan hər kəsə müsbət təsir göstərib.
 
Musavat.com

Загрузка...
Загрузка...