SEPAH-ın 11 əsgərini bu təşkilat öldürüb – İrana ŞOK

Baxış sayı: 
144
0  
0  

PKK terror təşkilatının İran qolu olan PJAK 11 iranlı əsgərin ölümünə görə məsuliyyəti üzərinə götürüb.

Turaninfo.org “Fars” agentliyinə istinadən xəbər verir ki, bu haqda PJAK-ın yaydığı bəyanatda deyilir.

Bəyanata görə, İran əsgərlərinə hücum İran kəşfiyyatının 3 gün əvvəl İraqın Süleymaniyə şəhərinin Pencevin qəsəbəsində 3 PJAK üzvünün öldürülməsi ilə nəticələnən hücumuna cavabdır.

Qeyd edək ki, bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İranın qərbində yerləşən Merivan şəhərinin yaxınlığındakı quru qoşunlarının qarovul postuna hücum olub. Hücum nəticəsində 11 hərbçi həlak olub, 8-i yaralanıb.

Qeyd olunur ki, SEPAH hücum edənlərdən bir neçəsini zərərsizləşdirməyə nail olub.

Загрузка...
Загрузка...