​“Sədərək”də dəhşətli yanğın: helikopterlər qaldırıldı - Foto/Video

Baxış sayı: 
67
1  
0  

 
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb.
 
Axar.az xəbər verir ki, birinci cərgədə mağazaların birinin tavanında başlayan yanğın qısa müddətdə qonşu mağazalara keçib.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
 
***
 
Sədərək Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.
 
***
 
“Sədərək” Ticarət Mərkəzində 1 000 kvadratmetrdən çox ərazi yanıb.
 
Hadisə yerinə helikopter də cəlb olunub.
 
***
 
“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.
 
Hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
 
Yanğınla əlaqədar qərargah yaradılıb.

Загрузка...
Загрузка...