​Sədr avtomobil qəzasında öldü

Baxış sayı: 
82
1  
0  

Samux rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
 
Turaninfo.org ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Tatlı kəndinin yaxınlığında qeydə alınıb.
 
Belə ki, Goranboy sakini idarə etdiyi "Mercedes” markalı, "22-BJ-656” dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb, daha sonra kanala düşüb.
 
Sürücü hadisə yerində dünyasını dəyişib.
 
Qeyd edək ki, ölən şəxs Goranboy rayonu Baxçakürd kənd bələdiyyə sədridir. Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...