Əsədin vəziyyətinin pisləşdiyi an – Video

Baxış sayı: 
113
1  
0  

Suriya Prezidenti Bəşər Əsədin parlamentdə çıxışı zamanı qan təzyiqi düşüb.
 
Axar.az xəbər verir ki, prezident halı pisləşdiyi üçün çıxışını yarımçıq saxlayıb.
 
“Üzr istəyirəm. Qan təzyiqim düşdü. Buna görə də bir az su içməliyəm. Problem deyilsə, bir dəqiqə oturmalıyam”, - deyərək salondan ayrılıb.
 
Vəziyyəti düzəldikdən sonra salona qayıdan Əsəd çıxışına qaldığı yerdən davam edib:
 
“Əslində dünən günortadan sonra heç yemək yeməmişəm və buna görə də qan təzyiqim düşdü. Bir az duz və şəkər qəbul etdim. İndi yaxşıyam”.
 
Qeyd edək ki, ötən gün B.Əsədin öldüyü barədə məlumat yayılıb.

Загрузка...
Загрузка...