Şəbnəm Tovuzlunun klip təqdimatında qalmaqal - Foto

Baxış sayı: 
38
1  
0  

Müğənni Şəbnəm Tovuzlunun yeni mahnısının klip təqdimatı olub.

Turaninfo.org xəbər verir ki,Teleqraf.com-un məlumatına görə, təqdimat qalmaqalsız ötüşməyib.

Tədbirdə əvvəlcə aparıcı Aytəkin Mərdanova qonaqları salamlayıb. Sonra jurnalist Şahin Cavadsoyun təklifi ilə dünyasını dəyişən xalq artisti Amaliya Pənahovanın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Ardından sözləri Şəhanə Ayazqızı, musiqisi Elçin Məhərrəmova aid "İndi necəsən?" mahnısına çəkilən klip nümayiş etdirilib. Klipə baxan jurnalistlərin böyük əksəriyyəti rejissorun işindən narazı qalaraq, iradlar bildiriblər. Şəbnəm öz tərəfindən iradları qəbul etsə də, aydınlıq gətirməyə çalışıb ki, sevənlərin ayrılıq məqamında baş verən aktual məsələlərdən birini klipində gündəmə gətirib.

Təqdimatda jurnalist Şahin Cavadsoyla həmkarı Əfruzə Ağayeva arasında gərgin anlar olub. Şəbnəmin xahişi ilə gərginliyə son qoyulub.

 

Загрузка...
Загрузка...