“Saxta qazi” qalmaqalı böyüyür - ortaya ilginc faktlar çıxır

Baxış sayı: 
179
2  
0  

 
Bundan öncə Suraxanıda da oxşar hadisənin baş verdiyi məlum oldu...
SOCAR mühafizəçiləri ilə insidentdə iştirak edən özlərini Qarabağ əlilləri kimi təqdim edən şəxslər barəsində yeni məlumatlar yayılıb. Öncə qeyd edək ki, ötən sayımızda həmin hadisəni təşkil edən şəxsin heç də Qarabağ qazisi olmadığına dair detallı məlumat dərc etmişdik. Məsələ ictimaiyyətin marağında olduğu üçün  mövzunu gündəmdə saxlayıb, yeni məlumatları təqdim edirik.
 
Belə ki, tanınmış jurnalist və hüquq müdafiəçisi Azər Həsrət  saxta “qaziləri” ifşa edən video paylaşıb. Onun şəxsi Facebook səhifəsindən paylaşdığı videoda adı açıqlanmayan bir nəfərin qazi adından sui-istifadə etdiyi açıq-aşkar görünür. Belə ki, 2017-ci ilə aid kadrlarda həmin şəxsin tam sağlam olduğu və özünə ev tikdirdiyi əks olunub. Bu ilə olan, SOCAR-ın mühafizəçiləri ilə baş verən qarşıdurma zamanı çəkilmiş yeni görüntülərdə isə həmin adam əsa ilə gəzir və kirayə evdə yaşadığını deyir.
 
“Bəlli olur ki, belə adamlar qazi adından beləcə sui-istifadə edir. Ona görə də hüquq-mühafizə orqanlarının bu məsələni sonadək araşdırıb cəmiyyətə məlumat verməsini şəxsən bir vətəndaş kimi tələb edirəm. Niyə bu adamlar Qarabağ qazisi kimi müqəddəs addan belə sui-istifadə edir? Belələri doğrudanmı Vətən üçün vuruşub? Şübhə edirəm şəxsən!” - deyə, A.Həsrət bildirib.
 
Qarabağ Qaziləri İctimai Birliyindən “Yeni Müsavat”a bildirilib ki, bu günlər ərzində sözügedən hadisə ilə bağlı onlara heç bir qazi müraciət etməyib:
 
“Ümumilikdə, biz qazilərə qarşı şiddətə qarşıyıq. Yolverilməzdir ki, hansısa qazinin üzərinə hücum edilsin, ona qarşı kobud davranılsın. Ancaq konkret olaraq bu hadisə ilə bağlı bizə heç bir müraciət olmayıb. İnsidentdə iştirak edən şəxslər bizə bu barədə müraciət edib, məlumat vermədikləri  üçün hadisənin detalları barədə bilgiyə sahib deyilik”.
 
Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev ile ilgili görsel sonucu
 
“Yeni Müsavat”a danışan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib ki, o, ilk növbədə hansısa  dövlət qurumunun əməkdaşları tərəfindən Azərbaycan vətəndaşına qarşı olan bu cür davranışa qarşıdır: “Hesab edirəm ki, SOCAR-ın mühafizə xidmətinin əməkdaşları tərəfindən ciddi nöqsanlara  yer verilib. Biz demokratik dövlətdən danışırıqsa, burada qoçuluğa yer olmalı deyil. Mühafizə xidmətinin əməkdaşlarının döydükləri adamları, bəziləri onların atası yaşındadır. Dərinə getsək, orada ətrafda da evlər tikilib. Onların sənədi varmı? Sosial şəbəkələrdə ağızlarına gələni yazanlar var. Bunun qarşısını almasalar, çox ciddi problemlər yaşana bilər”.
 
Məmmədəli Hacıyev İsgəndər oğlu ile ilgili görsel sonucu
 
Yayılan məlumatlara görə, insidentdə iştirak edən Məmmədəli Hacıyev İsgəndər oğlu əvvəllər Mehdi Mehdiyevin təşkilatının üzvü olub. Sonradan isə araşdırmalar nəticəsində həmin şəxsin Qarabağ savaşında iştirak etmədiyi ortaya çıxıb və nazirlik əlilliyini ləğv edib. Bu barədə Mehdi Mehdiyev bildirdi ki, ölkədə saxta əlillik kağızı olan xeyli sayda adam var: “Söhbət təkcə Qarabağ qazilərindən getmir. Sadəcə, vətəndaşlar arasında da müxtəlif yollarla bu cür əlillik kağızı alanlar var. Təbii ki, təşkilat olaraq Qarabağ savaşında olmayıb, ancaq qazi adı alanlarla bağlı biz də araşdırma etmişik. Bu barədə məlumatları Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vermişik.   Ancaq çıxardığımız siyahıda konkret olaraq bu şəxsin adının olub-olmaması  xatirimdə deyil.  Kimlərləsə şəxsi qərəzliyim yoxdur. Biz, sadəcə olaraq, real faktları ortaya çıxarırıq. Adıçəkilən şəxsin əlillik kağızının olub-olmamasını isə daha dəqiq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyə bilərlər”.
 
Məsələ ilə bağlı adıçəkilən nazirliklə də əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, belə bir adamın adı sistemdə mövcud deyil: “Bu adda şəxsin daha öncə əlillik kağızının olması və ya sonradan ləğv edilməsi ilə bağlı sistemdə heç bir məlumat mövcud deyil”.
 
Bildirək ki, APA tv-də yayımlanan verilişdə SOCAR-ın Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının rəis müavini Elçin Cavadov Mehdi Mehdiyevlə debata çıxıb. Həmin verilişdə E. Cavadov bir sıra məqamlara toxunub. Elçin Cavadov bildirib ki, ərazidən magistral neft kəməri keçir və onlar kəmərin mühafizəsini həyata keçirirlər: “Bizim işimiz kəmərin 50 metrliyində aparılan qanunsuz tikililərin qarşısını vaxtında almaqdır. Sentyabrın 27-də əməkdaşlarımız əraziyə yaxınlaşan zaman orada bünövrə qazılması prosesini görüb, hüquq-mühafizə orqanlarına məlumat verdik. Buna baxmayaraq, ərazidə yenə də işlərin aparılması davam etdi. 30 sentyabrda isə yenə də həmin şəxslərlə münaqişə aparmaq fikrində olmamışıq. Bir qrup şəxslər deyirlər ki, onlara SOCAR əməkdaşları tərəfindən basqın olub. Əslində isə tamamilə əksinə olub və bu barədə sosial şəbəkədəki videolardan da açıq şəkildə görünür. Biz həmin günü oraya oktyabrın 27-də hansı işlərin görülməsi ilə bağlı çəkiliş aparmaq məqsədilə getmişdik. Lakin sonradan qərara gəldik ki, çəkilişi başqa yerdə edək. Çəkilişdən qayıdan zaman isə oradakı şəxslər telefonla kimlərəsə zəng edib, kömək alıb, bizə qarşı basqın etdilər”.
 
 
Cavadov konkret faktlar açıqlayaraq bildirib ki, torpaq adı hallanan Sərxan Musayevin adına deyil: “Orada iştirak edən Musayev Sərxan adlı şəxs iddia edir ki, torpaq sahəsi onundur. Araşdırmamız nəticəsində öyrəndik ki, torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur. Sərxan Musayev 2017-ci ildə Suraxanı rayonunun ərazisində eyni bu hadisədə olduğu kimi hərəkətlərə yol verib. Orada da belə bir iğtişaş yaratmışdı. Həmin ssenarini yenə də təkrarladı. O, özünü Qarabağ əlili kimi təqdim edir. Bizim Qarabağ əlillərimizə böyük hörmətimiz var. Onlarla heç bir problemimiz yoxdur və ola bilməz. Ancaq həmin şəxslərin həqiqətən də Qarabağ əlili olduğu hələ tam məlum deyil. Çoxları sual verir ki, necə olur orada başqa tikililər olur. Həmin tikililər 10-15 il öncə tikilib. Bəzi hallarda da baxırsan ki, gecə saatlarında səhərə qədər  1 otaqlı ev tikiblər. Bu zaman biz müdaxilə etmirik. Məhkəməyə müraciət edib, müvafiq orqanlardan kömək istəyirik. Məqsədimiz odur ki, qanunsuz tikilinin təməli atılan zaman işi aşkar edib, qarşısını alaq. Bizə aydındır ki, bu adamlar evləri tikəndən sonra başqalarına satırlar. Həmin şəxslərdən Musayev Sərxan, Hüseynov Şərif, Bayramov Kənanın adı bizə məlumdur. Belə məsələ ilə bağlı bir neçə il öncə Hüseynov Şərif adlı şəxs SOCAR-a müraciət etmişdi. Ona şirkət tərəfindən 14 min manat pul və torpaq ayrılmışdı ki, evini tiksin”.
 
Musavat.com-a danışan ekspertlərdən biri iddia edib ki, “saxta qazilərin” adı ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin kökü Rusiyaya bağlanır. Rusiyanın bu təxribatını isə Azərbaycana tanınmış bir fiqur ötürür! Bu, əslən Kəlbəcərdən olan, Azərbaycanın sabiq baş prokuroru, hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur.
 
Əli RAİS,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...