“Sarkisyanın anası günlərlə prezident iqamətgahı önündə qaldı, Köçəryan onu qəbul etmədi”

Baxış sayı: 
76
1  
0  
“Köçəryan kinli adamdır və bu, indiyədək özünü onun simasında biruzə verir…”
 
 
Ermənistanın bu günlərdə həbsdən buraxılmış ikinci prezidenti Robert Köçəryanın “Yerkir Media” telekanalına müsahibəsindəki fikirlərinə Ermənistan Xalq Partiyası təşəbbüs qrupunun üzvü, sabiq deputat Emma Xudabaşyan münasibət bildirib. O, Köçəryanın prezidentliyi dövründə şahidi olduğu bir epizodu xatırladıb. 
 
Turaninfo.org xəbər verir ki, qadın siyasətçi bu haqda işğalçı ölkə saytlarından birinə açıqlamasında bildirib. 
“Sparapet(ermənicə baş komandan-S.L.) Vazgen Sərkisyanın(1999-cu ldə Ermənistan parlamentindəki məlum terror aktı zamanı qətlə yetirilmiş sabiq müdafiə naziri) anası  günlərlə prezident iqamətgahının qarşısında oturub, oturaq etiraz aksiyası keçirib, gecələr də orada qalıb, lakin Köçəryan onu qəbul etməyib.    Bu gün Köçəryan ədalətdən danışır,  təcrid olunduğunu deyir. Guya o,  öz əməllərini  xatırlamır”,-  deyə Emma Xudabaşyan sual edib.  
Robert Koçəryanın müsahibəsindən aldığı ümumi təəssüratları barədəki suala cavab olaraq sabiq deputat belə deyib: 
“Köçəryan öz üslubunda davranırdı və o, indi də xarakterini dəyişməyib. O, hətta qadınlara qarşı qisasçı idi. Ona qarşı çıxan qadınları bağışlamırdı. O, bütün bunları unudubmu? Və ən əsası, prezident iqamətgahı qaırşısında əyləşən Vazgen Sərkisyanın anası... Köçəryan günlərlə onu qəbul etmədi. O, bu barədə nə deyəcək, görəsən?.. “
Köçəryanı  3-cü prezident Serjik Sərkisyanla müqayisə edən E.Xudabaşyan bildirib ki, Köçəryanla müqayisədə Sərkisyan mələkdir, çünki onun dövründə siyasi qətllər olmayıb. “Mən Serjik Sərkisyanı tərifləmək istəmirəm. Tanrı xatirinə, bu, mənə lazım deyil. Ancaq Köçəryanın törətdikləri dözülməz idi. O, kinli adamdır. Və bu, indiyədək onun simasında özünü biruzə verir...”-deyə erməni qadın siyasətçi vurğulayıb.
Загрузка...
Загрузка...