​ Sarkisyanın 2040-cı il proqnozu PUÇ OLDU - Faciə daha tez BAŞ VERƏCƏK

Baxış sayı: 
131
0  
0  

“Əhalinin azalması bu şəkildə davam edərsə, Ermənistan 1990-cı illərdə qeydə alınan indekslərə malik olacaq”.
Publika.az “1in.am” saytına istinadən xəbər verir ki, bunu Milli Statistika Xidmətinin dərc etdiyi məlumatları şərh edən demoqraf Artak Markosyan bildirib.
Qurumun məlumatlarına əsasən, 1 yanvar 2018-ci il tarixinə olan göstəricilərə görə, Ermənistanın daimi sakinlərinin sayı 2 milyon 972,9 min nəfər təşkil edirdi. Ötən ilk eyni tarixində isə daimi əhalinin sayı 2 milyon 986 min idi. Bu, bir il ərzində 13,2 min nəfər azalma deməkdir.
Milli Statistika Xidmətinin məlumatına görə, təbii artım templəri həmçinin azalıb. 2016-cı il illə müqayisədə 2017-ci ildə təbii artım 16,4 faiz aşağı düşüb. Həmçinin, nikahların və doğumun sayı azalıb. 2017-ci ildə Ermənistanda 37 min 699, 2016-cı ildə 40 min 592, 2015-ci ildə isə 41 min 763 nəfər doğulub.
“Yeddi faiz azalma ciddi göstəricidir. Biz göstəricilərlə doğum sayının kəskin düşdüyü və emiqrasiya yüksək göstəricilərinin olduğu 1990-cı illərə qayıda bilərik”, - Markosyan qeyd edib.
Demoqrafın sözlərinə görə, vəziyyəti qarşısıalınmaz adlandırmaq olar:
“Doğum sayının artırılması üzrə dəqiq proqram həyata keçirilməlidir. İnsanları üçüncü və dördüncü uşağın doğulmasına həvəsləndirmək əhəmiyyətlidir. Amma, təəssüf ki, heç bir proqram yoxdur. Proqramlar olmasa, stimul olmayacaq və azalma düşmə davam edəcək. Proqnozlara görə, 2025-ci ildə ölüm faizi doğum faizini ötəcək, amma bu, şübhəsiz daha erkən olacaq”.
Demoqrafın müşahidələrinə görə, 2017-ci il 1991-ci ildən sonra Ermənistanda təbii artım üzrə ikinci ən pis göstəricidir. O xatırladıb ki, digər pis göstərici 2001-ci ildə qeydə alınıb. Həmin il təbii artımın göstəricisi 8 min təşkil edirdi.
O bildirib ki, 2040-cı ildə Ermənistanın əhalisinin 4 milyon olacağı barədə prezident Serj Sarkisyanın bəyanatı qeyri-ciddidir:
“Çünki Ermənistanın daxili həyatında hərəkət yoxdur, xaricdə yaşayan həmyerlilərimizi vətənə qayıtmağa məcbur etmək üçün islahatlar aparılmır. Azalmanın olacağına dair bütün əlamətlər var. Təbii artımın illik 7 faiz azalması artıq siqnaldır. Bundan nəticə çıxarmaq lazımdır”.
Ömər Dağlı

Загрузка...
Загрузка...