Şarapovadan gözlənilməz addım: Telefon nömrəsini paylaşdı - FOTO

Baxış sayı: 
90
2  
0  

Koronavirus pandemiyası ilə əlaqədar vaxtının çox hissəsini evdə keçirən məşhur tennisçi Mariya Şarapova maraqlı addımla gündəmə gəlib.

Bu barədə “Haber Global” məlumat yayıb.

 

Şarapova “Twitter” hesabı vasitəsilə nömrəsini paylaşaraq, pərəstişkarları ilə söhbət etmək istədiyini açıqlayıb.

“Bütün izləyicilərim və pərəstişkarlarımla əlaqə saxlamağın bir yolunu tapmağa çalışdım. Ötən həftə etdiyim söhbətləri çox sevdim. Kaş ki, daha çox insanla söhbət edə bilərdim. Çünki hamımız evdə özümüzü həbs etmişik. Buna görə də evdə keçirdiyiniz vaxtda nə etdiyinizi mənə danışmağınızı istəyirəm. Bəli, xüsusi olaraq sizin üçün bir nömrə aldım. Bu nömrə vasitəsilə mənimlə əlaqə saxlaya bilərsiniz. İstəsəniz sadəcə “salam” yazın. Sizə cavab verəcəm”, - Şarapova qeyd edib.

 

Загрузка...
Загрузка...