Santa-Klauslar uşaqlar üçün qaçdı - Pul yığıb...

Baxış sayı: 
42
1  
0  

Yaponiyanın Osaka şəhərində Santa-Klausların xeyriyyə qaçışı keçirilib.
 
Publika.az xəbər verir ki, "Great Santa Run" adlı illik qaçışda təxminən 5 min nəfər iştirak edib.
 
Bir çox sakinlər ailəsi, körpə uşaqları və ev heyvanları ilə tədbirdə iştirak edib. Onlar 4 kilometr məsafə qət edib.
 
"Osaka Great Santa Run", 11 ildir ki, keçirilir. Bu dəfə 4,4 min bilet satılıb. Yetkin şəxslər üçün iştirak haqqı 3000 yen (27,6 dollar), uşaqlar üçün isə 1-2 min yen (9,2-18,4 dollar) olub. Əldə olunan gəlir Osaka prefekturasının 11 xəstəxanasında ağır xəstəliklərdən müalicə alan uşaqlar üçün hədiyyələrin alınmasına sərf ediləcək.

Загрузка...
Загрузка...