“Samirəni alim edənlər utansınlar!”- Monoqrafiya sözünün mənasını bilmir

Baxış sayı: 
83
2  
0  

Aparıcı Elçin Əlibəyli aşıq Samirə Əliyeva haqda qalmaqallı açıqlama verib.Axşam.az-ın məlumatına görə, o, “Səhər-səhər” proqramında qonaq olan Samirə barədə gözlənilməz iddia irəli sürüb.

E.Əlibəyli bildirib ki, verilişində aşıq Samirəyə səsləndirdiyi sual və onun cavab verə bilməməsi montaj olunaraq, çıxarılıb: “Görün bir müğənni telekanala necə təzyiq edə bilir! Montaj olunsa da, fikrimi burada deyirəm. Monoqrafiya sözünün mənasını bilməyən Samirəni alim edənlər əməllərindən utansınlar!”
Qeyd edək ki, aşıq Samirə Əliyeva 2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətindən dərs deyir. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktorudur.

Загрузка...
Загрузка...