​Salyan rayonuna Çevik polis alayının qüvvələri yerləşdirildi - Seçki hazırlığı, yoxsa...

Baxış sayı: 
77
1  
0  

 
 
Salyan rayonuna Çevik polis alayının qüvvələri yerləşdirilib.
 
 
Moderator.az  Virtualaz.org-a istinadən  bildirir ki, bunu jurnalistlərə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.
 
Onun sözlərinə görə, DİN bu barədə bir neçə gün əvvəl məlumat yaymışdı.
 
E.Zahidov xatırladıb ki, nazir seçkilərlə əlaqədar fevralın 8-dən 11-dək asayişin və təhlükəsizliyin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin gücləndirilmiş iş rejiminə keçirilməsi və post-patrul bölmələrinin sayının artırılması barədə əmr imzalayıb.

 
Xatırladaq ki, dünən sosial şəbəkələrdə Salyan rayonundan deputatlığa namizədlər Fəzail Ağamalı və Kamil Musəvi arasında yaranmış münaqişə ilə bağlı video-görüntülər yayılıb.

Загрузка...
Загрузка...