Saleh Səmədovun söyüş makinası işə düşüb. Biz də onun qanuni cavabını veririk

Baxış sayı: 
314
2  
0  

                                            
                                                 Azərbaycan Respublikasının Prezidenti
                                                 cənab İlham Əliyevə
                             Surəti:        Daxili İşlər naziri cənab Vilayət Eyvazova
                             Surəti:        Ekologiya və Təbii Sərvətlər naziri cənab
                                                Muxtar Babayevə
                            Surəti:         Ekologiya və Təbii Sərvətlər nazirliyinin
                                                Şirvan Regional İdarə rəisi cənab Kənan
                                                 Kərimliyə
                         
                                                ADP İmişli RT-nın sədri,jurnalist Məhbub
                                                Əvəz oğlu Zülfüqarlı tərəfindən

                                         Açıq Məktub

      Hörmətli cənab Prezident!
      Hörmətli cənab nazirlər!

      Əslən İmişlidən olan hazırda varlanmış imkanlıların uşaqlığı yoxsul keçib. Ona görə də, onlar uşaqlıq illərinin qisasını alırlar. Preizdent imkanlılara tövsiyə edir ki, imkanlı şəxslər, imkansızlara, yoxsullara yardım etsinlər. Bu imkanlılar Bill Qeyts deyil, bunlar bir manat yardım etsələr, əvəzində 10 manat qazanmasalar, qətiyyən yardım etməzlər. Bunlardan biri də sahibkar Saleh Səmədovdur ki, ”Məni 147.1-lə dörd ay Şüvəlan təcridxanasında, bir ay Qaradağ həbsxanasında yatızdırdı”. Yəni “iş” verdirirdi. Saleh orta məktəbdə lövhə, müəllim qarşısında “a-a-a-b” deyə bilməyib, məktəbdə davamiyyəti də olmayıb, sinifdən sinifə keçirilib, təbaşir tanımayıb. Beləsinə oliqarx desəm, Bill Qeytsi, ABŞ oliqarxlarını təhqir etmiş olaram. Onlar halal yolla qazanıblar. Bill Qeyts özü etiraf edib ki, ”qazancımın 85 %-ni imkansızlara, tələbələrə, xəstələrə yardım etmişəm”. Bizimkilər isə sovet uşağı olublar. Azad dünya ilə sovet uşağının fərqi nədir? Fərqi onsuz da ziyalılarımız gözəl bilir. Savadı, təhsili olan tərbiyəsiz ifadə işlədərmi?
      Mənə hökm oxuyan hakim Ülvi Qənbərov, onu məcburən mənə hökm oxutduran məhkəmə sədri Qurban Hacıyev, Salehin avtomobilindən düşməyən Qurban Hac;yev də məsuliyyətə cəlb edilməlidir. Q. Hacıyev Qulubəyli kənd müəllimi 50 bal toplamış Elşən Şəmmədlini də beş ay həbs etdirdi ki, guya ziyalı, 50 bal toplamış müəllim ona hücum edib, təhqir edib. Qurban Hacıyev daim varlıların sifarışini yerinə yetirib.
      Salehin spirt-konyak zavodunun üfünətli iyindən Cəfərli, Oruclu və yaxın ətrafda yaşayan insanlar daim şikayət ediblər. S. Səmədova dəqiq cavab verən ETSN və Şirvan Regional İdarəsi olub ki, 29 mart 2020-ci il Regional İdarə rəisi Kənan Kərimlinin imzası ilə cavab almışıq ki, idarənin əməkdaşları tərəfindən 02.05.2019-cu il tarixində İmişli rayonunun Cəfərli kəndinə yaxın ərazidə fəaliyyət göstərən konservləşdirilmiş şirələr və konyak zavodunun tullantı sularının kəskin iy-qoxusunun yaratdığı narahtçılıq barədə yerdinə araşdırma aparılmış və araşdırmanın nəticəsinə dair akt tərtib edilərək zavodun istehsal fəaliyyəti nəticəsində əmələ gələn və dren kollektoruna axıdılan tullantı sularının tərkibində zərərli komponentlərin miqdarını yerüstü sula üçün Yol Verilən Qatılıq həddindən dəfələrlə yüksək olduğu müəyyən olunmuşdur. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci  maddənin  tələblərinin pozulduğunu nəzərə alaraq inzibati xəta haqqında MN 0300926 nömrəli protokol tərtib edilmiş və qərar çıxarılması üçün məhkəmə orqanlarına göndərilmişdir. Bundan əlavə İdarə tərəfindən “Azər Alko” MMC-nin rəhbərliyinə müəssisənin fəaliyyəti zamanı “Ətraf Mühitin Mühafizəsi haqqında” “Ekoloji Təhlükəsizlik haqqında”,  “İstehsalat və Məişət Tullantıları haqqında” Qanunlarının və ətraf mühitin mühafizəsi sahəsində digər mövcud qanunvericilik və normativ aktların tələblərinə riayət olunması barədə icrası məcburi göstəriş verilmişdir. Kənan Kərimliyə təşəkkür edirik. Kənan Kərimlinin məktubu əsasında ETSN İXM-nin 18.5-ci maddəsinə əsasən, aidiyyatı üzrə baxılması üçün İmişli rayon Məhkəməsinə göndərilmişdir. İmişli rayon Məhkəməsinin 2019-cu il 29 iyul tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2019-cu il 20 dekabr tarixli qərarı ilə İmişli rayon Məhkəməsinin qərarı ilə ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraat materialları yenidən baxılması üçün İmişli rayon Məhkəməsinə geri qaytarılmışdır. Göründüyü kimi, Salehə gücü çatan deyil. O, bu üfunətli iy ilə sakinlərdən uşaqlığının qisasını almırdımı?
     Salehin dəqiq qiymətini İqtisadiyyat naziri hörmətli cənab Mikayıl Cabbarov vermişdi, onu Metrologiya və Patent Dövlət Komitə prezidentliyindən  qovmuşdu. Mikayıl Cabbarov cənablarına təşəkkür edirəm. Bu gün poçtalyon mənə İqtisadiyyat nazirliyinin məktubunu təqdim etdi. Məktub ədalətli olaraq Təhsil nazirliyinə göndərilmişdi. Həmin məktubda mən Salehin necə olub ki, Xalq Təsərrüfatı İnstitutundan diplom aldığını, fəlsəfə elmlər doktorluğu almasını prezident yanında İdarəetmə Akademiyasını bitirməsindən yazmış, xahiş etmişdim ki, araşdırılsın ki, bu adam ədəbiyyat inşadan, riyaziyyat fənnindən necə olub ki, imtahan verib? Necə olmuşdu ki, belə bir səviyyə yiyəsini aparıb yüksək vəzifəyə oturtmuşdular?
    
    Elə bu güc sahibi də RLS kimi sovetdən qalma RLS-ni kəsməyə, spirt zavodunun həyətinə atmasına icazə verməmişdimi? Salehin 20hektarlıq istilikxanasının yaxınlığında RLS yerləşdiribmiş. Deməli RLS onun istilikxanasına manemi olurmuş? Yazıq sovetlər nə bilsinlər ki, Salehin istilikxanası RLS-nin 50 metrliyində imiş? Berejnev, Qorbaçov sağ osla idilər, Salehdən üzr istəyərmişlər.
Salehin adamı kimi tanınan, özü tərbiyədə olan Cavanşir Əli oğlu birisi bir neçə gün əvvəl məni mobil telefonu ilə YAP RT sədrinə agent olmaqda günahlandıraraq, bir neçə dəqiqə küçə uşağı səviyyəsində ağlasığmaz şəkildə təhqirlər yağdırdı.İmişli məhkəməsinə ona görə şikayət etmədim ki, hakim, məhkəmə sədri Salehin adamlarıdır. Cavanşir YAP RT sədrini də, yüksək pedaqoq olan məktəb direktoru həyat yoldaşını da təhqir etməkdən çəkinməyib. Onlar isə Cavanşiri ədalətli olaraq, məhkəməyə veriblər. Hal-hazırda söyüş makinası interneti də bürüyüb. Hər kəs öz tərbiyəsi səviyyəsində söyməsi ilə öyünür. Odur ki, xahiş edirəm, Cavanşir adlı birini öyrədib söydürən Saleh Səmədovun bütün əməlləri araşdırılsın, onun müdafiəçiləri, hakim Ülvi Qənbərov və məhkəmə sədri Qurban Hacıyevdən bütün şikayətlər təzədən araşdırılsın. Onda məlum olacaq ki, bu dövlətdən vətəndaşları narazı salan müxalifətdir, ya iqtidarın öz içərisində yerləşən  məmur kəsmidir ki, Rusiyada, İranda qonşu dövlət kimi ölkəmizi daxildən çaxnaşdırmaq siyasətini kimlərin əli ilə edirlər. Bu dövlət, bu xalqın çörəyi belələrinə haram edilmədikcə, dövləti sarsıtmaq istəyənlər cəsarətlənəcək. Cavanşir nə qədər harınlıq edibsə, İmişli DAM əməkdaşı Xalid Əsədov adlı müfəttiş ona “çest” verir. Xalid Əsədov isə İmişlidə avtomobili olanlara qan uddurur. Yalnız Cavanşirdən qorxur ki, Cavanşirin arxası  hamı bilir ki, Saleh Səmədovdur. Bəs Xalid Əsədovun arxası kimdir? Xalid ikinci dəfədir ki, İmişliyə qaytarılıb .Hörmətli cənab nazir Vilayət Eyvazov polis sistemində təmizləmələrə başlayıb. Əli Nağıyev DTX-ni güclü təşkilata çevirib. V.Eyvazov da elə sistem hazırlayır. 2 gün əvvəl DTX Hacı Hümbət adlı mafiozu apardı. Bu Hümbət Məkkəyə getmişdi. Məkkə onu qəbul etmədi ki, sən necə hacısan ki, öz xalqına xəyanət edirsən.
Ölkə prezidentinə yaxın islahatçı nazirlər ilk öncə cənab Mikayıl Cabbarov, cənab nazir Vilayət Eyvazov, cənab nazir Muxtar Babayev, cənab nazir Sahil Babayevdir ki, haqlı olaraq ölkə prezidenti bu nazirlərə güvənməkdə haqlıdır.
      İmişlidə Saleh kimilər 6 nəfərdir. Hər biri haqqında ayrıca yazımız olacaq. Xahiş edirəm, göstərdiyim faktların araşdırılmasına aidiyyatı rəsmilərə göstərişlərinizi verəsiniz.

     İmza:                                                              ADP İmişli RT-nın sədri, jurnalist 
                                                                            Məhbub Əvəz oğlu Zülfüqarlı
    Tarix:                                                              15.07.2020-ci il                        

Загрузка...
Загрузка...