Şakira möhtəşəm İstanbul konsertində səhnəyə bu geyimdə çıxdı - FOTO

Baxış sayı: 
175
0  
0  

Livan əsilli Kolumbiyalı müğənni, söz yazarı və rəqqasə Şakira “El Dorado” dünya turu çərçivəsində dünən İstanbulda konsert verib.
Publika.az xəbər verir ki, konserti izləməyə gələnlər arasında Beren Saat, Kənan Doğulu, Ezgi Mola, Dəniz Akkaya və başqa sənət adamları olub.
41 yaşlı müğənni 11 il fasilədən sonra İstanbulda verdiyi konsertdə minlərlə adamı coşdurub. Səhnəyə rahat qısaqol köynəkdə və tüllü dar şalvarda çıxan ifaçı geyimi ilə xüsusilə yadda qalıb.
2 saat səhnədə möhtəşəm performans göstərən ulduz konsertdə tamaşaçılara səslənərək “Sizi burada görmək çox gözəldir, İstanbul. Məni burada qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. İstanbula yenidən gəldiyim və sizi gördüyüm üçün çox xoşbəxtəm. Bütün bunlar sizin dostluğunuz sayənizdə baş verdi. Əgər bu axşam burdayamsa, bu, sizin sayənizdədir" deyib.
Qonaqlara unudulmaz gecə yaşadan sənətçi yenidən Türkiyəyə qayıtmaq ümidi ilə sağollaşaraq səhnəni alqış sədaları altında tərk edib.

Загрузка...
Загрузка...