Sakinlər cənab Prezidentimizə dua edib, "çox sağ ol" deyirlər - Deputat

Baxış sayı: 
81
3  
0  

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Parlamentin 74 saylı Lənkəran kənd seçki dairəsindən seçilmiş deputatı Hadi Rəcəbli bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Lənkərana səfərindən danışıb.

H.Rəcəbli "ölkə.az"a açıqlamasında deyib ki, sözügedən səfər Lənkəran camaatı tərəfindən yüksək qarşılanır:

 

"Bu səfərin xüsusi böyük əhəmiyyəti var. Çünki 2003-cü ilin bu günü cənab İlham Əliyev ilk dəfə Prezident seçilib. Bu gün cənab İlham Əliyevin Prezident seçilməsinin 15 ili tamam olur. Möhtərəm Prezidentimizin belə gündə Lənkərana səfər etməsi yüksək əhəmiyyətə malikdir. Bu səfərdən bir qədər öncə isə Bakı-Ələt-Astara yolunun açılış mərasimi keçirilib. Həmin açılışla da Bakıdan Cənub bölgəsinə gediş-dönüş ən azı 1,5 saat qısalıb. Bu da əhalimizin həyat və güzaranına, turizmin inkişafına xeyli təsir edəcək, nəqliyyat vasitələrinin tez sıradan çıxması hallarının qarşısını alacaq. Bununla da bu cür açılışlar bir milyon əhalisi olan Cənub bölgəsi sakinlərinin cənab Prezidentə minnətdarlığına səbəb olub. Ona görə də sakinlər cənab Prezidentimizə dua edib, "çox sağ ol" deyirlər".

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev bununla Lənkərana son 15 il ərzində 12-ci dəfə səfər edib:

"Yadıma gəlir, cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi Lənkərana ilk səfəri rayonumuzun ən ağrılı günlərinə təsadüf edir. Həmin vaxtı Lənkəranda beş mərtəbəli binada uçqun baş vermişdi. Cənab Prezident isə Lənkəran əhalisinin ağrılı günlərində rayona səfər edib, əhali ilə görüşmüşdü, müşavirə keçirmişdi, uçqun zamanı xəsarət alan insanlara xəstəxanada baş çəkmişdi. Bu səfərlərin hər biri Lənkəran üçün yadda qalan olub. Möhtərəm Prezidentimiz 2013-cü ildə Lənkərana səfər edən zaman şəhərdəki böyük xəstəxana kompleksi yenidən qurularaq ən müasir avadanlıqlarla Lənkəran sakinlərinin istifadəsinə verilib".

 
 
Загрузка...
Загрузка...