Şairin özünü öldürməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI - ŞOK TƏFƏRRÜAT (YENİLƏNDİ)

Baxış sayı: 
214
0  
0  

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli universitetin tələbəsi olmuş M.Cahangirovun intiharı ilə bağlı Publika.az-a açıqlama verib.
M.İbrahimli bildirib ki, M.Cahangirovun ötən ilin sentyabr ayından bu vaxta qədər universitetlə əlaqəsi olmayıb:
“Dünən müxtəlif internet media resurslarında özünü dənizə ataraq intihar etmiş 23 yaşlı Məlik Nizaməddin oğlu Cahangirovla bağlı məlumat yayılıb. Həmin məlumatda Məlik Cahangirovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi olduğu qeyd edilir. Bununla əlaqədar olaraq bildiririk ki, 1995-ci il təvəllüdlü Məlik Cahangirov 2013-2014-cü tədris ilində ADPU-nun Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul edilib. 2016-2017-ci tədris ilində IV tədris ilinin 401-ci qrupunun tələbəsi olub. 2 fənnən akademik borcu olduğuna görə 22 dekabr 2017-ci il tarixli 2/223 saylı əmrlə ADPU-dan xaric edilib. Qeyd etməyi məqsədəuyğun sayırıq ki, Məlik Cahangirovun ötən ilin sentyabr ayından bu yana ADPU ilə heç bir əlaqəsi olmayıb. Biz bu faciəli hadisədən dərin kədər hissi keçirdiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına Allahdan səbir diləyirik! Allah rəhmət etsin!”
***
1995-ci il təvəllüdlü Məlik Cahangirovun intiharının təfərrüatı məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, M.Cahangirovun ailəsi əslən Lerik rayonunun Kirəvud kəndindən olsa da, uzun illərdir Bakıda yaşayırlar. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil alıb. Ailədə iki uşaq olublar, özündən böyük bacısı ailə qurub.
Kirəvud kənd icra nümayəndəsi Rafiq Teymurov Publika.az-a açıqlamasında bildirib ki, M.Cahangirovun intiharının ailə üçün qaranlıq olduğunu deyib:
“O çox sakit biri idi. Ötən il ali məktəbi bitirməli idi, ancaq bir fəndən kəsiri qalmışdı. Hərbi Komissarlıqda müayinədən keçəndə səhhətində problem aşkarlanmışdı. Ona bu il yanvar ayına qədər möhlət hüququ verilmişdi. İmtahanını verib, hərbi xidmətə getməli idi. Dekabrın axırında kəndə gəlmişdi, hər kəslə sağollaşdı, dövlət imtahanını da verib, hərbi xidmətə gedəcəyini dedi”.
İcra nümayəndəsi bildirib ki, M.Cahangirov kəsir imtahanını versə də, dövlət imtahanını verməyib.
“Aldığımız məlumata görə, dekabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetindən Hərbi Komissarlığa Məlik Cahangirovun universitetdən xaric edilməsi barədə məlumat göndərilib. Buna görə də o, 1.5 il hərbi xidmətdə olmalı idi. Düşünmürük ki, məhz imtahandan kəsildiyinə görə intihar etsin. Mən həm də ailənin qohumuyam, lakin bizim üçün onun son vaxtlar kimlərlə ünsiyyətdə olması qaranlıqdır. Çünki qrup yoldaşlarının çoxu hərbi xidmətdə idi. Onun yeni tanış olduğu dostları kim idi, onları tanımırıq”.
Gülxar

Загрузка...
Загрузка...