​ Şagirdlər niyə repetitorlardan imtina edir? – Ekspert

Baxış sayı: 
166
0  
0  

Universitetlərə qəbul balının aşağı salınması və digər bu kimi güzəştlərin tətbiq edilməsi repetitor yanına gedən tələbələrin sayına da ciddi təsir edir.
 
Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov repetitorlara müraciət edən abituriyentlərin sayının azalması haqda danışarkən deyib. Ekspert qeyd edib ki, son vaxtlar abituriyentlərin repetitorlara az müraciət etməsinin digər səbəbi onların xidmət haqlarının yüksək olmasıdır:
 
“Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymət xidmət haqqı təklif edirlər. Valideynlər isə daha ucuz yol axtarır. Yəni valideyn iki repetitora 200 manat verməkdənsə, kursa, tədris mərkəzinə 5 fənnə göndərir övladını və iki repetitora verdiyi xidmət haqqını bütövlükdə kursa ödəməklə, daha ucuz təklifdən istifadə edir. Bundan başqa, son dövrlərdə qəbul imtahanlarında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müraciət etməli olurlar”.
 
K.Əsədov bildirib ki, bəzi abituriyentlər hazırda diplom xatirinə aşağı reytinqli ali təhsil ocaqlarında oxuyurlar:
 
“Hazırkı dövrdə təhsil, savad önəmlidir. Cəmiyyətimizdə isə belə fikir formalaşıb ki, övladları harada oxuyur oxusun, təki diplomu olsun. Bunun üçün 150-200 ballıq ixtisaslarla razılaşırlar. Bəllidir ki, 150-200 balla tələbələrin daxil ola bildiyi ali təhsil müəssisələrində təhsilin keyfiyyəti o qədər də yüksək deyil. Diplom xatirinə oxuyan bu tələbələr üçün təhsilin keyfiyyətinin heç bir fərqi yoxdur. Ona görə də tələbələr aşağı balla qəbul olacaqlarına inandıqları üçün artıq repetitor yanına getməyə ehtiyac duymurlar və bu da repetitorlara ehtiyacı azaldan faktdır”.
 
 

Загрузка...
Загрузка...