​ŞAD XƏBƏR! Bunu onlayn etmək mümkün olacaq

Baxış sayı: 
19
0  
0  

Yaxın zamanlarda Azərbaycanda evdən çıxmadan, onlayn bank hesabı açmaq mümkün olacaq.
 
Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemləri sektorunun müdiri Tamerlan Rüstəmov deyib.
 
O qeyd edib ki, bununla bağlı olaraq Palata Mərkəzi Bankla danışıqlar aparır:
 
“Bu prosedur üç əsas məqsədi əhatə edir – transformasiya, inklüzivlik, rəqabət”.
 
T.Rüstəmov əlavə edib ki, fiziki şəxslər bir neçə üsulla bank hesabı aça bilər:
 
“Birinci yanaşma bank hesabının bankın proqram təminatından istifadə olunması ilə açılmasıdır. Digər yanaşma isə, bank hesabının videoəlaqə vasitəsilə açılmasını nəzərdə tutur”.
 

Загрузка...
Загрузка...