Saçlara ZƏRƏR verən vərdişlər

Baxış sayı: 
36
0  
0  

Sağlam və gözəl saçlara sahib olmaq hər kəsin arzusudur. Bunun üçün nə tələb olunur?
 
Publika.az xəbər verir ki, türkiyəli dermatoloq Ata Nejat Ertek saçları həddindən artıq yumağın quruma və yanma ilə nəticələndiyini bildirib.
 
Mütəxəssis saçların 3 gündən bir yuyulmasının zəruri olduğunu bildirir: “Saçdakı turşu maddəsi qoruyucu lipit təbəqəni əritdiyi üçün ilıq suya üstünlük verin”.
 
Ertek saçquruducunun yüksək temperaturda istifadə edilməsinin yanlış olduğunu vurğulayıb. “Saçları yüksək temperaturda fenləmək və ya formaya salmaq zərərlidir. Rezin və tacdan da istifadə etməyin. Əks halda saç kökü qırıla bilər”.
 
Mütəxəssis qeyd edib ki, saçlarınızda tökülmə və ya hər hansı problem müşahidə edirsinizsə, dermatoloq tövsiyəsi ilə hərəkət edin: “Saçlarınızda sədəf, ekzema kimi dəri xəstəlikləri, ya da tökülmə varsa, kükürd və qətran ehtiva edən, göbələk və bakteriyalara qarşı qoruyucu xüsusiyyəti olan şampunlardan istifadə edin. Saçlarınız sürətli şəkildə tökülürsə, biotin, sink, selenium, metionin, E, B, D vitaminlərini ehtiva edən vasitələrdən istifadə edin”.
 
Ertek saç üçün doğru vitaminlərin təyin olunmasının əhəmiyyətindən də danışıb: “A vitamininin əskikliyi saçları gücsüz edir və kəpəyin yaranmasını sürətləndirir. B1 və ya B6 vitaminləri çatışmazlığı isə saç tökülməsinə səbəb olur. C vitamini saçın uzanmasını və piqment istehsalını nizamlayır. B12 vitamini isə saç kökünü bəsləyir".
 
Məhərrəm Əliyev

Загрузка...
Загрузка...