​Şabranın yeni icra başçısı kimdir? - DOSYE

Baxış sayı: 
223
1  
0  

Prezident İlham Əliyev Şabran Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.
Turaninfo.org Qaynarinfo-a istinadən xəbər verir ki, Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Hüseynov Asif Həbib oğlu 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalağayın kəndində anadan olub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib.
Əmək fəaliyyətinə başladığı dövrdən ARDNŞ-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda və ARDNŞ-ın Sosial İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
Sonuncu iş yeri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsi olub.
A.Hüseynov 2015-ci ildən bu günə qədər Siyəzənin icra başçısı idi.
İqtisad üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.

Загрузка...
Загрузка...