Sabirabadda dəhşət - Öldürüb kanala atdı, 5 gün sonra...

Baxış sayı: 
42
1  
0  

Sabirabadda öldürülərək kanala atılan meyit tapılıb.

 

Turaninfo.org xəbər verir ki,Daxili İşlər Nazirliyindən A24.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində oktyabrın 14-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində İmişli rayon sakini Aqşin Astanovun onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N.Gülbalayevin meyiti oktyabrın 18-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən kanalda, cinayət törədilərkən istifadə edilmiş “TOZ-12” markalı tüfəng və 8 ədəd patron isə Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən avtomobil yolunun kənarında tapılıb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Загрузка...
Загрузка...