Sabirabadda araşdırmalar başlandı – Qarayara xəstəliyinin törədicisi…

Baxış sayı: 
21
1  
0  

 
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinlərində aşkarlanan qarayara xəstəliyinin törədicisinin mənbəyinin müəyyən olunması üçün araşdırmalara başlayıb.
 
Agentlikdən verilən məlumata görə, sentyabrın 9-da Səhiyyə Nazirliyindən Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlunda qarayara xəstəliyi ehtimalı ilə bağlı daxil olan məlumat əsasında Agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb. Mütəxəssislər hadisənin baş verdiyi əraziyə ezam olunub. Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılıb:
 
“Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

Загрузка...
Загрузка...