Sabiq prezident və 3 nazir Ərdoğana qarşı birləşdilər

 
FaktXəbər-in verdiyi məlumata görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sıralarını tərk edən keçmiş hökumət üzvləri yeni partiya yaratmaq fikrindədir. Rəcəb Tayyib Ərdoğana qarşı qurulacaq partiyada sabiq prezident Abdullah Gül, keçmiş baş nazir Əhməd Davudoğlu, sabiq XİN rəhbəri Əli Babacan və İstanbul böyükşəhər bələdiyyəsinin keçmiş sədri Qədir Topbaşın adları çəkilir.
 
Türkiyənin "Yeniçağ" qəzeti yazır ki, adları çəkilən nüfuzlu şəxslər İstanbulun Levent küçəsində yerləşən ofisdə mütəmadi görüşürlər. Ofisin Qədir Topbaşa məxsu olduği bildirilir.
 
Abdullah Gülün liderlik edəcəyi partiyaya texniki dəstəyi ölkənin sabiq daxili işlər naziri Bəşir Atalay göstərir.

Загрузка...
Загрузка...