​SABİQ NAZİRİN OĞLUNDAN REDAKSİYAMIZA ŞİKAYƏT – “Elşən Camalov prezidentin qərarlarını nəzərə almır...”

Baxış sayı: 
57
3  
0  

Fazil Hüseynov: “Bütün idarələrdə necə, bizdə də elə əməkhaqqı artırılıb”
 
Nizami Rayon Mühafizə İdarəsinin bir neçə əməkdaşının redaksiyamıza şikayətinə görə, son illər bir neçə dəfə minimum əməkhaqqı artırılsa da, bu artım onlara şamil olunmur. Adlarının çəkilməsini istəməyən şikayətçilər “Hürriyyət”ə bildiriblər ki, idarənin rəisi  mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Elşən Camalov prezident İlham Əliyevin minimum əməkhaqqının artırılması ilə bağlı qərarlarını nəzərə almır.
 
“Heç vaxt ola bilməz ki, bizim əməkdaşların əməkhaqqında artım olmasın”
 
Məsələ ilə bağlı sözügedən idarənin bölük komandiri polkovnik-leytenant Fazil Hüseynov “Hürriyyət” açıqlamasında deyilənləri qəbul etmədi: “Elə şey ola bilməz ki, artım bizim əməkdaşlara şamil olunmasın. Siz şikayətçinin adını deyin ki, hansı polisdir, mühasibatlığı araşdıraq, görək onun əməkhaqqısı artırılıb, yoxsa artırılmayıb. Prezidentin sərəncamından çıxmaq olar? Heç vaxt. Ona bizim ixtiyarımız yoxdur. Bizi baş idarəmiz, Daxili İşlər Nazirliyi yoxlayır, heç vaxt ola bilməz ki, bizim əməkdaşların əməkhaqqında artım olmasın. Bütün idarələrdə necə, bizdə də elə əməkhaqqı artırılıb. Biz Daxili İşlər Nazirliyinin bir qurumuyuq”.
 
“Bizdə 1-2 nəfər əməkdaş var ki, banka borcları var”
 
“Bəlkə hansısa əməkdaşın banka kredit borcu var, məhkəmənin qərarı ilə maaşından pul tutulur, banka keçir, onlar da elə bilirlər ki, artım olmayıb. Bizdə 1-2 nəfər əməkdaş var ki, banka borcları var, məhkəmə onların borclarını maaş kartına yönəldib. Siz bizim idarəyə gəlsəniz, biz əməkdaşların adlarını da deyərdik. Bəziləri cavan əməkdaşlardır, 8-10 illik qurtarıb, bunu bilmir, bəlkə də bizdən soruşmağa utanır”, - deyə bölük komandiri əlavə etdi.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən respublikamızda minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata qaldırılıb. Eyni zamanda büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılıb. O cümlədən bu artım Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşlarına şamil olunub.
 
Hurriyyet.org

Загрузка...
Загрузка...