Sabiq nazirdən Novruzova cavab gəldi: Sonuncu dəfə...

Baxış sayı: 
26
1  
0  

Yeni Azərbaycan Partiyası ilə sıx əlaqəm var, tədbirlərinə gedirəm.
 
Bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın İcra katibinin müavini Siyavuş Novruzovun bəzi sabiq nazirlərin vəzifədən uzaqlaşdıqdan sonra qeybə çəkilməsi və YAP-la əlaqə saxlamaması barədə çıxışına münasibət bildirən YAP-ın Siyasi Şurasının üzvü, sabiq təhsil naziri Misir Mərdanov Axar.az-a açıqlamasında deyib. O bildirib ki, partiyanın bütün tədbirlərində iştirak edir:
 
“Partiyanın Nərimanov rayon təşkilatında qeydiyyatdayam. Sonuncu dəfə isə məzuniyyətə çıxmazdan əvvəl, iyul ayının ortalarında YAP-ın yeni binasında keçirilən tədbirdə iştirak etmişəm”.
 
Qeyd edək ki, S.Novruzov partiya ilə əlaqə saxlamayanlar arasında YAP Siyasi Şura və İdarə heyəti üzvü olan sabiq nazirlərin də olduğunu açıqlamışdı. YAP SŞ üzvü olan sabiq nazirlər isə Hüseynqulu Bağırov, Misir Mərdanov və İsmət Abbasovdur.

Загрузка...
Загрузка...