SABİQ BANKİR DƏ YENİ KOMANDAYA QOŞULDU – Mikayıl Cabbarova yeni müşavir (Yenilənib)

 
Vergilər Nazirliyində daha bir mühüm kadr təyinatı olub. Mikayıl Cabbarovun əmri ilə Ülvü Mansurov nazir müşaviri təyin olunub.
 
Fed.az-ın məlumatına görə, təyinat hələ 2017-ci ilin sonunda baş verib. Ü.Mansurovun təyinatından sonra Mərkəzi Bankın sabiq əməkdaşı Xəqani Abdullayev, Təhsil Nazirliyinin keçmiş işçiləri Elnur Əliyev, Camal Qasımov da yeni müşavirlər sırasında yer alıb.

 
Xatırladaq ki, Ülvi Mansurov  2 ay əvvəl “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsindən azad olunmuşdu. Uzun müddət “Texnikabank”ın İdarə Heyətinin sədri işləmiş Ü.Mansurov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, eləcə də “Kapitalbank”da sədr müavini postlarını tutub.
 
Ülvi Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.
 
 
Onun “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsinə təyinatı, ordakı fəaliyyəti və işdən çıxarılması ilə bağlı xeyli maraqlı və ziddiyyətli məlumatlar olub. Belə ki, təxminən ay yarım əvvəl APA “Azərpoçt” MMC-dəki mənbəyə istinadla, Ü.Mansurovun öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşdığı barədə məlumat yaymışdı: “Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib.  Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub”.
 
Ancaq “Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlova Ü.Mansurovun işdən çıxması barədə məlumatı olmadığını (?) bildirərək, xəbəri təsdiqləməmişdi. Bu zaman mətbuat katibinin öz direktoru barədə qeyri-müəyyən açıqlama verməsi mətbuatın diqqətindən qaçsa da, “AzPolitika.info”ya verilən bəzi məlumatlar bunun heç də təsadüfi omadığını göstərirdi.   
 
subBelə ki, Ü.Mansurovun “Azərpoçt” MMC-yə rəhbər təyin edilməsi xəbəri ötən ilin mart ayının 31-də verilmişdi . Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə əmr də imzalamışdı. Amma ötən aylar ərzində “Azərpoçt” MMC-nin rəsmi veb-səhifəsində rəhbər şəxslər arasında Ü.Mansurovun adı olmadı. Bütün bu müddət ərzində qurumun rəsmi saytında Baş direktorun vəzifəsini baş nazirin müavini Əli Əhmədovun bacısı oğlu Sübhan Kazımovun icra etdiyi göstərilirdi. Baxmayaraq ki, hətta Açıq Ensiklopediya olan “wikipedia”da da Ülvi Mansurovun “Azərpoçt” MMC-nin Baş direktoru vəzifəsində çalışdığı qeyd edilirdi.
 
İlk baxışda bu texniki xəta və ya qurumun saytında həmin bölmənin yenilənməməsi kimi görsənəsə də, özəl mənbələrimizdən əldə etdiyimiz məlumatlar əsl həqiqətin başqa olduğunu ortaya çıxarmışdı (“AzPolitika.info” hələ ötən ilin may ayının əvvəlində bu haqda məlumat vermişdi : RAMİN QULUZADƏNİN QƏRİBƏ BAŞ DİREKTOR TƏYİNATI – “Azərpoçt” MMC-də nə baş verir?).
 
Belə ki, Rabitə Nazirliyinə yaxın mənbələrdən “AzPolitika.info”ya daxil olan məlumatda bildirilirdi ki, Ülvi Mansurov “Azərpoçt” MMC-nin Baş direktoru təyin olunsa da, sənəd üzərində bu vəzifəni rəsmiləşdirmək mümkün olmur: “Məlumata görə, Ülvi Mansurov direktor kimi işə gəlir, göstərişlərini verir, nazirliyin tədbirlərinə qatılır, yəni faktiki rəhbərliyi həyata keçirir. Ancaq rəsmi sənədləri imzalaya, təyinatlarla bağlı öz adından qərarlar verə bilmir. Bu işlər Sübhan Kazımovun imzası ilə həyata keçirilir. Bunun səbəbi isə qanunla Ülvi Mansurovun müəyyən müddət rəhbər vəzifə tutmasına qadağanın qoyulmasıdır”.
 
Elmar_Mammadov“AzPolitika.info”nu məlumatlandıran mənbə, həmçinin, qeyd etmişdi ki, Ülvi Mansurov 2012-ci ildən 2015-ci ilə qədər “Bank Technique” İdarə Heyətinin sədri vəzifəsində işləyib: “O, 2015-ci ildən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib. Onu bu vəzifəyə Cahangir Hacıyevdən sonra Beynəlxalq Banka qısa müddət rəhbərlik etmiş Elmar Mənmədovun gətirdiyi xəbəri yayılmışdı. Belə görünür ki, onunla bərabər də bankdan uzaqlaşdırılıb. Mənbənin sözlərinə görə, Ülvi Mansurov vəzifədən xüsusi maddə ilə çıxarılıb. Hansı ki, bu maddə onun müəyyən müddət rəhbər vəzifə tutmasını qadağan edir. Bu üzdən də Ülvi Mansurov “Azərpoçt” MMC-nin Baş direktoru təyin olunsa da, rəsmi olaraq vəzifəsinin icrasına başlaya bilməyib”.
 
Bu məlumat rəsmən təsdiq olunmadı. Ancaq Ülvi Mansurovun “Azərpoçt” MMC-nin Baş direktoru kimə rəsmən fəaliyyətinə başlaya bilməməsi məlumatın həqiqəti əks etdirdiyini göstərirdi. 
 
Bu baxımdan Ülvi Mansurovun Vergilər nazirinin müşaviri vəzifəsinə təyinatı maraq doğurur. Görünür, Ülvi Mansurovun rəhbər vəzifə tutmasına qoyulan qadağanın müddəti bitib…
 
M.Məmmədov
AzPolitika.info
 

Загрузка...
Загрузка...